Xəbər lenti

“Separatçı rejim revanşa əl atarsa...” - Politoloq
Siyasət08:22 18.07.2023

“Separatçı rejim revanşa əl atarsa...” - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Araik Arutyunyan beynəlxalq ictimaiyyət qarşısında vaxt qoyub. O, deyib ki, "bir həftə ərzində stabil və normal vəziyyətin yaradılması üçün beynəlxalq müdaxilə edilməsə, biz həm "Artsaxda”, həm də ondan kənarda daha sərt tədbirlərə əl atacağıq”.
Görəsən, çıxılmaz vəziyyətdə olan separatçı rejimin qondarma lideri bununla nə demək istəyir? 
Qaynarinfo-ya açıqlama verən politoloq Zərdüşt Əlizadənin fikrincə, bu açıqlamalar separatçı rejimin uydurduğu növbəti yalandır.
"Separatçı rejim, qondarma rəhbərinin söylədiyi kimi, sərt tədbirlər görmək üçün heç bir imkana malik deyil. Ona görə də Arutyunyanın dediklərindən narahat olmağına dəyməz. Sərt tədbirlərə əl atmağa imkanları olmadığından, bu da uydurduqları növbəti yalanlardan biridir. Separatçılar sərt tədbirlərə əl atmaq üçün hər hansısa bir hərbi imkanlara malik deyillər. Ona görə də onlar boğazdan yuxarı danışaraq hay-küy salır, guya hədə qorxu gəlirlər. Bununla separatçılar heç nəyə nail olmayacaqlar. Azərbaycan tərəfi isə istədiyinə nail olacaq. Bakı şərt qoyub, onun yerinə yetirilməsi üçün vaxt verib və onları ayıltmaq üçün lazımi tədbirlər görür”. 
Rüfət Sultan