"Bu addımla ermənilər bir daha özlərini ifşa etdilər. Əyani şəkildə göstərdilər ki, orada heç bir aclıq əlamətləri yoxdur və başladıqları oyun siyasi xarakter daşıyır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı separatçı rejimin Ağdamdan göndərilən humanitar yükü qəbul etməkdən imtina etməsini şərh edərkən deyib:
"Ermənilərin yardıma doğrudan da ehtiyacları olsaydı, Ağdamdan göndərilən humanitar yardımı qəbul edərdilər. Amma humanitar yükü qəbul etməməklə bir daha əyani şəkildə göstərdilər ki, başladıqları bu "humanitar böhran” hay-küyün heç bir real əsası yoxdur. Bu vəziyyət ermənilərin ağıllarını itirdiklərinin, reallıq hissindən uzaq olduqlarının göstəricisidir”.
Partiya sədrinin fikrincə, əslində, ermənilərin uydurduğu bu oyun xaricin sifarişi olub:
"Bu da onu deməyə əsas verir ki, ermənilər öz maraqlarından çıxış etmir. Öz maraqlarından çıxış etsəydilər, sakit şəkildə Azərbaycanın bütün şərtlərini qəbul edərdilər. Bu oyunda Rusiya və Fransa izləri daha aydın şəkildə görünür. Rus sülhməramlıları ermənilərin istəyinə uyğun hərəkət edir, humanitar yük maşınlarının qarşısını kəsirlər”.
Qeyd edək ki, erməni separatçıları Ağdamdan Xankəndinə gedən humanitar yardım karvanını qəbul etməkdən imtina ediblər. Son məlumatlara görə, yardımın erməni əhalisinə çatdırılması ilə bağlı danışıqlar aparılsa da, heç bir nəticəsi olmayıb.
Rüfət Sultan