Siyasət 23:08 30.08.2022

Serbiya UTX generalının ekstradisiyası ilə bağlı Rusiyayla razılaşmanı təkzib etdi

Serbiya prezident Volodimir Zelenskiyə qarşı ifadə verməsi müqabilində sığınacaq təklif etdiyi iddia edilən Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş generalı Andrey Naumovun ekstradisiyası üçün Rusiya ilə danışıqlar aparmayıb.

Bu barədə RBC-Ukrayna Serbiyanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir 

Onun sözlərinə görə, yeni hökumətin qurulması müddəti yaxınlaşdıqca ona qarşı "yalan və hücum kampaniyası” güclənib.

"Beləliklə, mənim həbsdə olan Ukrayna vətəndaşı, Ukrayna kəşfiyyatının keçmiş generalı Andrey Naumovun Rusiyaya ekstradisiyasını təşkil edəcəyim elan olunub. Bu, axmaq yalandır", - Serbiyanın daxili işlər naziri Aleksandr Vulin bildirib.

O, qeyd edib ki, Naumovun Rusiyaya ekstradisiya edilməsi üçün ona qarşı Rusiyada proses aparılmalı və Moskva onun ekstradisiyasını tələb etməlidir.

"Rusiyada Naumova qarşı işin olub-olmadığını bilmirəm, amma bilirəm ki, Rusiya onun ekstradisiyasını tələb etməyib”, - nazir əlavə edib.

Xatırladaq ki, bu gün Qaynarinfo Rusiyanın "The Insider” nəşrinə istinadən yazmışdı ki, Naumovun Ukrayna prezidenti Volodimir Zelenskinin əleyhinə ifadə verməsi müqabilində Rusiyadan sığınacaq ala bilər . Mənbələr onun Moskvaya təhvil verilməsində Serbiyalı nazir Vulinin əli olduğu iddia edir.

Nizami Bağırov