Sərdar Cəlaloğlu İsa Qəmbərə nə təklif edib? - Özü açıqladı
Sərdar Cəlaloğlu İsa Qəmbərə nə təklif edib? - Özü açıqladı
Bu barədə Qaynarinfo-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu məlumat verib.
Sədrin sözlərinə görə, yeni birliyin yaranması ilə bağlı ideya Müsavat Partiyası ilə də müzakirə edilib:
"Bir neçə partiyadan ibarət yeni birlik ideyası ilə bağlı Müsavat Partiyasının qərargahında görüş keçirmişik. Birliklə bağlı bütün təkliflərimizi Müsavat Partiyasının başqanı İsa Qəmbərə çatdırdıq. Amma o gündən sonra edilən təkliflərə sözügedən partiyadan cavab verilməyib. Yəni, ortada hələ heç nə yoxdur. Biz də sizlər kimi gözləyirik. Amma təkliflərimizin qəbul olunacağına ümidliyik".
Yeni birlikdə hansı partiyaların təmsil olunmasına gəlincə, Sərdar Cəlaloğlu bu haqda danışmaq istəmədiyini vurğulayıb:
"Qeyri-müəyyən layihə haqqında danışmaq insanların diqqətini yayındırmaqdan başqa bir şey deyil. Alınsa, yeni hərəkat olacaq, alınmasa heç nə olmayacaq".
Qeyd edək ki, ötən həftə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu və Müsavat Partiyasının başqanı İsa Qəmbər arasında görüş olub. Görüşdə sabiq Baş nazir Pənah Hüseyn də iştirak edib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər