Xəbər lenti

Sərdar Cəlaloğlu
Siyasət 13:00 17.10.2025

Sərdar Cəlaloğlu "təklif vermişəm" deyir, Gülağa Aslanlı isə...

Bir müddət öncə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun Müsavat Partiyasının başqanı İsa Qəmbərlə görüşməsi və müxalifət partiyalarından ibarət yeni birliyin yaradılması ilə bağlı təkliflərin təqdim etməsi barədə məlumat vermişdik.  

Sərdar Cəlaloğlu bildirmişdi ki, bir neçə partiyadan ibarət yeni birlik ideyası ilə bağlı Müsavat Partiyasının qərargahında görüş keçirilib: "Birliklə bağlı bütün təkliflərimizi Müsavat Partiyasının başqanı İsa Qəmbərə çatdırdıq. Amma o gündən sonra edilən təkliflərə sözügedən partiyadan cavab verilməyib".

Müsavat tərəfi isə ADP sədrinin təkliflərini Divan iclasında müzakirəyə çıxaracağını bildirmişdi.

Maraqlıdır, Müsavat Partiyası Sərdar Cəlaloğlunun təkliflərini necə dəyərləndirib?

Partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı Qaynarinfo-ya açıqlamasında ADP sədrinin belə bir təklif səsləndirməsindən xəbərsiz olduğunu vurğulayıb:

"Sərdar Cəlaloğlunun belə təklif verdiyini eşitməmişəm. Bunu kim və harada deyib? Onu bilirəm ki, İsa Qəmbərlə görüşdə elə təklif səslənməyib".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->