
Müğənni Sərdar Ortaç ötən gün klublardan birində konsert proqramı ilə çıxış edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, klubdan çıxarkən jurnalistlər müğənnini qorxudublar. Onlar: "Chloeni Nişantaşında gördük. Üzündə qızartı vardı. Qapıya dəyib, dedi", - söyləyincə, Sərdar həyəcanlanıb.
Əvvəlcə bunu zarafat kimi qəbul edən ifaçı daha sonra ciddi olduğunu anlayıb və dərhal telefonu götürərək xanımına zəng vurub.
Chloenin üzündə həqiqətən cızığın olduğunu, lakin önəmli bir şey olmadığını öyrənincə, Sərdar özünə gəlib.
Onun həyat yoldaşı üçün necə qorxduğu gözdən yayınmayıb.
Qaynarinfo.Az