
Dünən türkiyəli aktrisalar Serenay Sarıkaya və Zerrin Tekindor Bakıda yeni filmlərinin qala gecəsinə qatılıb.
Qaynarinfo.Az xəbər verir ki, iki sevilən aktrisanın çəkildiyi “İkimizin yerine” filminin təqdimatı Nizami Kino Mərkəzində baş tutub.
Pərəstişkarlar Serenay Sarıkaya ilə şəkil çəkdirmək üçün bir-biri ilə yarışa girib.
Aktrisalar filmi tamaşaçılarla birlikdə izlədikdən sonra jurnalistlərin suallarını cavablandırıb. Zerrin Tekindor və Serenay Sarıkaya Bakını gəzdiklərini və çox bəyəndiklərini deyib:
“Bakıya ilk dəfədir, gəlmişəm. Çox xoşbəxtsiniz ki, belə gözəl şəhərdə yaşayırsınız. Yeməkləriniz də çox dadlıdır”.
Aktrisa bildirib ki, çəkilişlər 5 həftə baş tutub:
"Düşünürük ki, filmi hər kəs bəyənəcək. Bu film Nejat İşlerlə ikinci layihəmizdir. Onunla işləməkdən zövq aldım. Filmdə özüm də mahnı ifa etmişəm. Müğənni olmaq fikrim yoxdur, amma gələcəkdə bu barədə düşünə bilərəm. “İkimizin yerine” sərt bir hekayənin üzərində qurulub. Ən çətin anları filmdə anamla olan dialoqum zamanı yaşamışdım. Çünki həmin hissə ssenarinin ən ağır kadrlarıdır. Acılar insanları daha da möhkəmləndirir və nəticə çıxarmağa çalışırsan".
Zümrüd
Fotolar: Kamil ƏMİRLİ
Qaynarinfo.Az






