Xəbər lenti

Sərhəddə öldürülənlərin KİMLİYİ BƏLLİ OLDU
Ölkə20:07 13.03.2016

Sərhəddə öldürülənlərin KİMLİYİ BƏLLİ OLDU

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Yardımlı rayonunun Daşkənd kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulmasının qarşısı alınan zaman öldürülən 5 nəfərin kimliyi bilinib.

Ans-in məlumatına görə, öldürülənlərin 3-ü banqladeşli, 2-si isə Yardımlı rayonunun Ostayir kəndinin sakinləridir. Öldürülən Ostayir sakinləri Rəhimov Sadiq Teyyub oğlu və Qasımov Əkbər Əjdər oğlu olub.

Xatırladaq ki, martın 13-də Yardımlı rayonunun Daşkənd kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Saat 04:10 radələrində xidməti sahədə işarəverici qurğunun işə düşməsi nəticəsində 8-10 nəfərdən ibarət bir qrup şəxsin Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində hərəkət etməsi aşkarlanıb və sərhəd pozucularının saxlanması üzrə tədbir keçirilib. Qaranlıq və sıx dumanlıq şəraitində təqib olunan sərhəd pozucuları sərhəd naryadının “Dayan” çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq onlara qarşı silahlı müqavimət göstəriblər.

“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam uyğun olaraq sərhəd pozucularına qarşı silah tətbiq olunub. Nəticədə sərhəd pozucularından 5 nəfər yaralanıb, 2 nəfər isə saxlanılıb.

Dərhal hadisə yerinə gələn hərbi həkimlər qrupunun tibbi yardımına baxmayaraq, yaralanmış sərhəd pozucularının həyatını xilas etmək mümkün olmayıb.

Qaynar.info