Xəbər lenti

Sərhədlər yayda da açılmaya bilər (POLİTOLOQ)
Siyasət08:52 02.05.2020

Sərhədlər yayda da açılmaya bilər (POLİTOLOQ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yaxın aylarda böyük dövlətlər arasında sərhədlərin açılacağını gözləmirəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 
Onun sözlərinə görə, koronavirus pandemiyası bəzi ölkələrdə azalmağa başlasa da, böyük dövlətlər arasında bağlanan sərhədlərin açlıması hələ tezdir:
"Çünki dövlətlər ehtiyat edirlər ki, sərhədlər açılsa, ikinci dalğa başlaya bilər. Gediş-gəliş artacaq, nəticədə virus yenidən yayılacaq. Bu baxımdan yaxın aylarda sərhədlərin açılacağını gözləmirəm. Hətta yay aylarında da ola bilsin ki, sərhədlər acılmasın, ümumiyyətlə, bu il müxtəlif dövlətlər arasında gediş-gəliş olmasın.  Ancaq ticarət mübadiləsi davam edəcək”.
Elxan Şahinoğlu qeyd edib ki, bu il turizm üçün itirilmiş il hesab olunur.
Bahar Rüstəmli