Xəbər lenti

Şerlok Holms rolunun ifaçısı vəfat edib
Ölkə08:42 01.04.2016

Şerlok Holms rolunun ifaçısı vəfat edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Britaniya aktyoru, Şerlok Holms rolunun ifaçısı Duqlas Uilmer vəfat edib.

O, 96 yaşında dünyasını dəyişib.

Duqlas Uilmer Londonda fəaliyyət Şerlok Holms Cəmiyyətinin Fəxri üzvü olub.

1960-cı ildə Şerlok Holms obrazını canlandıran aktyor, 1975-ci ildə yenidən Şerlok Holms haqqında çəkilən silsilə filmlərdə bu obrazı ifa edib.

Sənət karyerasında çoxsaylı rollar oynayan Duqlas Uilmeri dünya tamaşaçıları Şerlok Holms obrazı ilə tanıyıb. (Report)

Qaynar.info