Xəbər lenti

Şərq Tərəfdaşlığının növbəti sammitinin vaxtı məlum oldu
Siyasət17:10 18.06.2020

Şərq Tərəfdaşlığının növbəti sammitinin vaxtı məlum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Növbəti Şərq Tərəfdaşlığı sammiti 2021-ci ilin martında Brüsseldə keçiriləcək”.
Qaynarinfo xəbər verir ki, bunu Avropa Şurasının prezidenti Şarl Mişel Avropa İttifaqı ölkələrinin və "Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrin liderlərinin videokonfransının yekunu üzrə keçirilən mətbuat konfransında deyib.
S.Mişel qeyd edib ki, bugünkü videokonfrans proqramın gələcəyini müzakirə etməyə, eləcə də gələn ilin martında keçiriləcək və yekununda bəyannamə qəbul ediləcək növbəti sammitin gündəliyini hazırlamağa imkan verib.
"Bu gün tərəfdaşlarımıza dəstək göstərərək koronavirus pandemiyası dövründə həmrəyliyin vacibliyini vurğuladıq. İllərdir "Şərq Tərəfdaşlığı” proqramı qarşılıqlı faydalı olduğunu sübut edir”, - o bildirib.