Xəbər lenti

Sərtləşdirmə olsa belə, bayramdan sonra olmalıdır... - Professor
Ölkə10:35 09.03.2021

Sərtləşdirmə olsa belə, bayramdan sonra olmalıdır... - Professor

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Koronovirusun yayılması ilə bağlı bugünkü epidemioloji vəziyyətdə sərtləşdirilmənin əleyhinəyəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Onun fikrincə, bayram qabağı sərtləşdirici tədbirlər insanların psixikasına pis təsir edəcək:
"Hər halda aidiyyatı qurumlar bundan çəkinməlidir”.
Adil Qeybulla olacaqsa belə, sərtləşdirilmə ilə bağlı qərarın bayramdan sonra verilməsini münasib hesab edir:
 
"Bayramdan sonra epidemioloji vəziyyəti nəzərə alıb qərar vermək daha düzgün olardı. Onsuz da aidiyyatı qurumlar ictimai nəqliyyatda qayda-qanun yarada bilmədilər. Hansısa qapanmalara gedilsə belə, ictimai nəqliyyat yoluxma mənbəyi olaraq qalır. Çalışsınlar ki, ictimai nəqliyyatda qayda–qanun yaratsınlar. Bu, daha yaxşı effekt verər”.
Bahar Rüstəmli