Xəbər lenti

Serxio Ramos evləndi (FOTOLAR)
Maqazin08:16 16.06.2019

Serxio Ramos evləndi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İspaniyanın "Real" klubunun kapitanı Serxio Ramos ailə həyatı qurub.
Qaynarinfo xəbər verir ki, ulduz futbolçu 2012-ci ildən bəri birlikdə olduğu Pilar Rubio ilə Sevilyada evlənib. Milyonlarla avro pul xərclənən toy mərasimində məşhur futbolçular və həyat yoldaşları da iştirak edib. Ramosun yaxın dostu Kriştiano Ronaldo isə toya gəlməyib. 
Cütlük dəvət edilən şəxslərdən telefonsuz və uşaqsız gəlmələrini xahiş edib.
Qeyd edək ki, Serxio Ramos və Pilar Rubionun 3 övladı var.
Gülşən