Xəbər lenti

Sərxoşluğun acı nəticəsi: dava saldı və 7 il cəza aldı
Ölkə15:33 11.02.2016

Sərxoşluğun acı nəticəsi: dava saldı və 7 il cəza aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mirqamət Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əlisultan Osmanov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, M.Həsənov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2015-ci ildə baş verib. M.Həsənov kafedə spirtli içki qəbul edərkən orada olan Rəvan Talıbovla mübahisə edib.

Nəticədə M.Həsənov R.Talıbovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hadisədən sonra M.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Qaynar.info