Sənət 16:28 12.05.2023

Səs akrobatı Alim Qasımov - Sənətkarın qızı xanəndənin yeni uğurundan danışdı

Xalq artisti, sevilən xanəndə Alim Qasımova yeni ad verilib.
 
Qaynarinfo xəbər verir ki, xanəndə Almaniyanın ən böyük həmkarlar ittifaqının mətbu orqanı olan "Verdi"də "Səs akrobatı" (Stimmakrobat) kimi təqdim edilib.
 
Sənətkarın qızı Əməkdar artist Fərqanə Qasımova Alim Qasımova verilən bu addan xəbərsiz olduğunu deyib:
 
"Biz Almaniyda 3-4 il bundan əvvəl olmuşuq. Ona görə xəbərsizik və bizə belə bir məlumat da verilməyib”. 

Bahar Rüstəmli