Xəbər lenti

Səttar Möhbalıyev:
Siyasət 10:36 27.05.2024

Səttar Möhbalıyev: "Əfv sərəncamı Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür"

"Ulu Öndər Heydər Əliyevin dövləti idarəçilik fəlsəfəsinin və Azərbaycanın inkişaf strategiyasının nüvəsində Azərbaycan vətəndaşlarının hüquq və azadlıqları dayanır. Ümummilli Liderin və onun siyasi kursunun davamçısı cənab İlham Əliyevin bütün siyasi fəaliyyəti yalnız xalqımızın mənafeyinə xidmət edib. Hər iki lider humanist və nəcib addımları, bağışlamaq qərarları ilə daşıdıqları vəzifəyə, şəxsiyyətlərinə böyük imic gətirib, xalqımızın dərin məhəbbətini qazanıblar. Bildiyimiz kimi, Ulu Öndər Heydər Əliyev xalqımız tərəfindən ikinci dəfə hakimiyyətə gətirilənə qədər Azərbaycanda ölüm hökmü qalırdı. Məhz Heydər Əliyev gələndən sonra - 1993-cü ilin iyun ayından buna moratorium qoyuldu və 120-dən artıq şəxs barəsində olan ölüm hökmü icra edilmədi. O, bu cəzanı insan ləyaqətinə, insan hüquqlarına zidd hesab edirdi və demokratik cəmiyyətdə qeyri-insani və amansız tədbir kimi qiymətləndirirdi. Odur ki, 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü bilavasitə Ulu Öndərin təşəbbüsü ilə ləğv edildi. Bununla da Azərbaycan Şərq aləmində ilk dəfə ölüm cəzasını aradan qaldıran ölkə oldu. Bu, Azərbaycan vətəndaşına olan hörmət və ehtiramın, onun yaşamaq hüququnun qorunmasına və müdafiəsinə göstərilən ali münasibətin təzahürü idi”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Ümummilli Liderimiz ölkə prezidenti olarkən həm də əfv qərarları ilə minlərlə ailəyə sevinc bəxş edib: "Belə ki, Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, 7 amnistiya aktı qəbul edilib. O, hər bir Azərbaycan vətəndaşını azad, sərbəst, xoşbəxt görmək istəyirdi. Bu səbəbdən cinayət törətmiş insanları bağışlamaqla onlara özlərini təsdiq etmək, cəmiyyətin faydalı üzvlərinə çevrilmək üçün bir daha şans verirdi. Ulu Öndərin bu sahədə də fəaliyyətinə sadiq qalan dövlətimizin başçısı cənab İlham Əliyev 2003-2023-cü illər ərzində 37 əfv sərəncamı imzalayıb, eləcə də 5 amnistiya aktı qəbul edilib. 1995-ci ildən bu yana ümumilikdə əfv qərarları ilə 9788 məhkum bağışlanıb, ailələr sevinib, yaxınlar qovuşub. Bütün bunlar xalqımızın hər iki dahi oğlunun humanist və insanpərvərlik duyğularının göstəricisidir. Xatırlatmaq yerinə düşər ki, Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilib. Ümumiyyətlə, 1995-ci ildən etibarən qəbul edilmiş 12 amnistiya aktı təxminən 135 min şəxsə tətbiq edilib, 32 mindən çox məhkum azadlığa çıxıb”.

"Dövlətimizin başçısı cənab İlham Əliyev ədalət və mərhəmət prinsiplərinə söykənərərək mayın 25-də daha bir əfv sərəncamı imzaladı. Sərəncamla 154 şəxs nicat tapdı, ailələri sevincə qərq oldu. İlk növbədə, sərəncamın Müstəqillik Günü ərəfəsində imzalanması Prezidentimizin Azərbaycanın tarixinə, müstəqilliyinə, dövlətçiliyinə verdiyi yüksək dəyəri göstərir. Bağışlamağı bacaran, humanist siyasəti ilə hər zaman nümunə olan İlham Əliyev cənabları 63 məhkumu cəzanın çəkilməmiş hissəsindən azad etdi, 52 məhkumun isə cəzasının çəkilməmiş hissəsini yarıyadək azaltdı. Eləcə də cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər cəzadan azad olunub, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 nəfərin cəzalarının çəkilməmiş hissəsi bağışlanıb. Habelə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 3 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Bunlardan başqa, islah işləri cəzasına məhkum edilmiş 2 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 4 nəfər isə cəzadan azad olunub, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkmiş 1 şəxsin məhkumluğu götürülüb. Ümid edirəm ki, əfv sərəncamından yararlanan şəxslər, o cümlədən azadlığa qovuşanlar bundan əvvəl etdikləri səhvi bir də təkrarlamayacaqlar, dövlətimiz, cəmiyyətimiz və ailələri üçün faydalı olmağı bacaracaqlar. Onların arasında xeyli gənclər də var. Həmin gənclər qarşılarında açılan bu şansdan ən yaxşı formada istifadə etməlidirlər. Dövlətimiz tərəfindən ölkəmizdə gənclərə göstərilən diqqət, onların hərtərəfli inkişafı üçün yarardılmış şərait göz qabağıdadır. Azadlığa çıxan gənclər bu fürsətdən yarlanmalı, həyatlarını və fəaliyyətlərini düzgün istiqamətdə quraraq bir də qanundan kənara çıxmamalıdırlar”, - Milli Məclisin deputatı vurğulayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->