
Səudiyyə Ərəbistanı Krallığı Azərbaycana yeni səfir təyin edib.
APA-nın “Arab News”a istinadən verdiyi məlumata görə, Musaed Əl-Salem (Musaed Al-Saleem) krallığın Azərbaycanda səfiri təyin olunub. O, aprelin 21-də digər diplomatlarla birlikdə xarici işlər naziri, şahzadə Saud Əl-Faysalın qəbulunda and içib. Şahzadə yeni səfirlərə uğurlar arzulayıb.