
Fələstinlilərin işi haqq işidir, ancaq İsraillə mübarizədə istifadə etdikləri metodlar şübhəlidir.
Qaynarinfo xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının keçmiş səfiri (1983-2005) Şahzadə Bəndər bin Sultan deyib. Görünən odur ki, krallıq sülaləsinin nümayəndəsi ölkəsinin hazırkı səlahiyyətlilərinin razılığı ilə Fələstinin aparıcı qrupları Fəth və HƏMAS-ı tənqid edib. Bu haqda "NewsRu İsrail” yazıb.
"Fələstin iddiası ədalətli, lakin onun müdafiəçiləri tamamilə uğursuzdur. İsrailin iddiası haqsızdır, lakin müdafiəsi uğur nümunəsidir. Əslində son 70-75 ildəki hadisələrin (yəni İsrailin dövlətçiliyi elan edildiyi gündən belə - Qaynarinfo) mahiyytəti budur”, - deyə keçmiş elçi izah edib.
O, Fələstin Azadlıq Təşkilatının (FAT) mərhum lideri Yasir Ərafatın İraqın diktatoru Səddam Hüseynlə onun Küveyt ərazilərini işğal edərkən "qardaşlaşması" Küveyt kimi Fələstinin açıq dəstəkçisinin özlərinə qarşı çevrmiş ola biləcəyini qeyd edib.
Şahzadə qeyd edib ki, 20-ci əsrin əvvəllərində də buna bənzər nümunələr olub. 1936-cı ildə Qüds müftisi Amin əl-Hüseyni nasistlərlə ittifaqa girərək fələstinliləri İngilis taxt-tacına qarşı üsyana qaldırıb (Fələstin o zaman İngiltərə Krallığının səlahiyyətində olub). Qiyam yatırılıb və Hitlerlə görüşən ilahiyyatçı müharibə cinayətkarları sırasına düşüb.
İndi Bin Sultana görə, Fələstin indi də beynəlxalq aləmdəki müttəfiqləri ilə eyni dərəcədə pis rəftar edir. İranın Suriyada, Yəməndə müharibə ilə daha çox məşğul olduğunu, orada Livanın "Hizbullah" təşkilatını dəstəklədiyini, Türkiyəninsə Əmirliklərin İsrail ilə barışmasından sonra "Fələstinlilərə dəstək əlaməti olaraq BƏƏ-dən səfirini geri çağırdığını" qeyd edib. Şahzadəyə görə, FƏTH və HƏMAS-ın daxili çəkişmələrə son qoymaları və İsrail ilə sülh müqavilələri imzaladığına görə Bəhreyn və BƏƏ-ni tənqid etməmələri daha yaxşı olardı.
Alpər