Xəbər lenti

Səudiyyə Ərəbistanı İsraillə münasibətləri normallaşdırmaqdan imtina etdi
Dünya 08:58 18.09.2023

Səudiyyə Ərəbistanı İsraillə münasibətləri normallaşdırmaqdan imtina etdi

Səudiyyə Ərəbistanı ABŞ-a İsraillə münasibətlərin normallaşdırılması üzrə danışıqları dayandırmaq qərarı barədə məlumat verib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Elaph” ərəb xəbər agentliyi İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin nümayəndəsinə istinadən xəbər yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, Ər-Riyad Vaşinqtona bildirib ki, Netanyahu hökumətinin ekstremist mahiyyəti İsrailin Fələstinlə və buna görə də Səudiyyə Ərəbistanı ilə istənilən yaxınlaşma ehtimalını sarsıdır.

"Elaph” xəbər verir ki, bundan əlavə, Binyamin Netanyahunun Səudiyyə Ərəbistanının ifrat sağçı hesab etdiyi İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçin fikirlərini bölüşməsi Ər-Riyadın qərarını gücləndirir. 

Agentlik məlumatlı ABŞ mənbələrinə istinadən iddia edir ki, səudiyyəlilər İsrailin təzyiqi olmadan qismən tanınmış dövlətin sərhədlərini müəyyən edə bilmələri və münasibətlərin normallaşdırılması haqqında sazişə bu bəndin daxil edilməsi üçün Qüdslə danışıqlara dair müzakirələrə Fələstin nümayəndələrini cəlb ediblər.

İsrailin baş nazir ofisinin sözçüsü "Elaph"a bildirib ki, Səudiyyə Ərəbistanının qərarından sonra ölkə rəhbərliyi çaşqınlıq içindədir. Onun sözlərinə görə, onlar Fələstin məsələsinin həllindən asılı olmayaraq, münasibətlərin normallaşmasına dair sazişin bağlanacağına əmin idi.

Qeyd edək ki, sentyabrın 13-də ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Fələstin probleminin İsraillə münasibətlərin normallaşdırılması kontekstində həlli Səudiyyə Ərəbistanı üçün çox vacibdir. Vaşinqton əmindir ki, İsrail və Fələstin arasındakı razılaşma təbii ki, qonşu dövlətlər arasında münasibətlərin normallaşdırılması haqqında sazişə daxil edilməlidir. Eyni zamanda, İsrailin xarici işlər naziri Eli Koen "The Jerusalem Post” qəzetinə müsahibəsində bildirib ki, Fələstin problemi səudiyyəlilərlə sülhə mane olmamalıdır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->