Xəbər lenti

Səxavət Məmmədovun anası dünyasını dəyişdi
Sənət19:33 15.08.2016

Səxavət Məmmədovun anası dünyasını dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mərhum xanəndə Səxavət Məmmədovun anası Əskinaz Məmmədova bu gün - avqustun 15-də axşam saatlarında dünyasını dəyişib. Bu haqda musavat.com-a Məmmədovlar ailəsinə yaxın şəxslər məlumat verib. 
Artıq məlumat sosial şəbəkələrdə də yayılıb. Şair-publisist Qulu Ağsəs özünün facebook hesabında belə bir status paylaşıb: "Səxavət Məmmədovdan veriliş çəkirdik, anası Əskinaz xala qayıtdı ki, " balam ağaca çıxırdı - ağacda oxuyurdu, ata minirdi - atda, novata gedirdi - novatda..." Səxavət əcəl atına minib novatı pozdu. Anası onun ardınca illərcə süründü. Bir az olar çatdığı. Daha ayrılmayacaqlar..."
Ə.Məmmədovanın bir müddətdir xətəlikdən əziyyət çəkdiyi deyilir. Mərhumə avqustun 16-da dəfn olunacaq. Yaxınlarının musavat.com-a bildirdiyinə görə, cənazə Əskinaz Məmmədovanın oğlu, xanəndə Fehruz Səxavətin kənd Binəqədidəki evindən qaldırılacaq. 
Allah rəhmət eləsin. 
Qaynarinfo.Az