Xəbər lenti

Seymur Həzi barəsində həbs qətimkan tədbiri seçildi - FOTO- YENİLӘNİB
Siyasət13:41 30.08.2014

Seymur Həzi barəsində həbs qətimkan tədbiri seçildi - FOTO- YENİLӘNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilib hadisənin şahidləri dindirilib və digər prosessual hərəkətlər yerinə yetirilib. 

Abşeron Rayon Prokurorluğundan “Qafqazinfo”ya daxil olan məlumata görə, dünən saat 12:30 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbə sakini Seymur Həziyevin qəsəbənin girişindəki avtobus dayanacağının yaxınlığında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşya tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, əvvəllər tanımadığı Bakı şəhər sakini Məhərrəm Həsənovu əsaslı səbəb olmadan söyməsində, daha sonra şüşə butulka ilə başına, yumruq və təpiklə isə sifət nahiyəsinə vuraraq sonuncuya bədən xəsarətləri yetirməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Abşeron rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 

S.Həziyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir.

-----

16:03

“Azadlıq” qəzeti və “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı, AXCP Rəyasət Heyətinin üzvü, avqustun 29-da saxlanılan Seymur Həzi bu dəqiqələrdə Abşeron rayon məhkəməsinə gətirilib. 

Qaynar.info-nun Bizimyol.info-ya istinadən məlumatına görə, onun barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi gözlənilir. 

Məhkəmə binasının önündə səhər saatlarından etibarən Seymur Həzinin yaxınları, həmkarları və partiyadaşları toplaşıblar. 

Dünən məhkəmənin saat 11:00-da olacağı elan edilmişdi.

Qaynar.info