Xəbər lenti

Şeyxdən xəbəri olmayan “Lexus”lu qəbiristanlıq mollaları... – FOTOLAR
Ölkə08:35 09.10.2014

Şeyxdən xəbəri olmayan “Lexus”lu qəbiristanlıq mollaları... – FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verildiyi kimi, Qafqaz Müsəlmanları İdarəsi din xadimlərininvahid geyimə keçməsilə bağlı təlimat verib və bir sıra din xadimlərinəxüsusi geyimlər paylayıb. 
Bəs bu gün din xadimləri bu təlimatlara nə dərəcədə əməl edir? 
Yasamalqəbiristanlığında araşdırma aparan AzNews.az-ın əməkdaşı ərazidə olanmollaların heç birinin vahid geyimdə olmadığını müəyyən edib.
Mətbuat üçün açıqlama verməyə, şəkil çəkdirməyə həvəsli olmayan mollalar, çətinliklə də olsa, bir neçə suala cavab veriblər. 
“Lexus”markalı avtomobil idarə edən molla, (o bu maşından həm də mətbəx kimiistifadə edir, avtomobilin içərisində çay, yemək, çörək, qab-qaşıq vəsair lazımlı ləvazimatlar var idi) onlara belə bir geyimpaylanılmadığını deyib və bildirib ki, QMİ məsələ ilə bağlı onlara heçbir tapşırıq verməyib:
“Bizə bununla bağlı heç bir göstəriş verilməyib, əgər belə bir göstəriş olarsa, biz vahid geyim formasına keçməyə hazırıq”.
Adını demək istəməyən digər bir molla isə vahid geyimə keçməyə ehtiyacın olmadığını söyləyib:
“Məncə,qəbiristanlıqda olan mollaların vahid geyimə keçməsinə ehtiyac yoxdur.Bu daha çox məclis aparan din xadimlərinə şamil olunmalıdır”.
Əslən baklı olduğunu deyən Molla Həbib də onlara geyimlə bağlı heç bir tapşırığın verilmədiyini deyib:
“Bizburada daha çox ölən insanların ruhuna dua, quran oxuyaraq, onlarınruhunu şad etməyə çalışırıq. Şəxsən mənim məqsədim budur. Mənə fərqetmir, o duanı bu geyimdə edirəm, yoxsa idarənin bizə təqdim etməkistədiyi geyimdə. İdarə əgər bizə xüsusi geyimlər verəcəksə, həmingeyimləri geyinib, öz fəaliyyətimizi davam etdirməyə hazırıq”.