
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin göstərişi ilə avqustun 3-də paytaxt Bakıda və respublikanın bütün bölgələrindəki məscidlərdə Azərbaycan ordusunun Vətən torpağı uğrunda şəhid olmuş əsgərlərinin xatirələri yad olunacaq, onların şəninə Quran oxunacaq, ruhları üçün dualar ediləcək.
Qaynar.info xəbər verir ki, bu barədə QMİ-nin mətbuat xidmətindən APA-ya bildiriblər:
“A. Paşazadə bütün Azərbaycan xalqına və şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, Allahdan Vətən uğrunda şəhid olanlara rəhmət diləyir, torpaqlarımızın azad və ərazi bütövlüyümüzün bərpa olunması üçün dualar edir”.