
Ağrıların hər biri dözülməzdir. Amma birbaşa beyini idarə etdiyi üçün ən dözlüməz ağrılardan biri də baş ağrısı sayılır. Xüsusilə də diqqət tələb edən işlərdə bu ağrı üzündən geriyə düşürük.
Qaynarinfo.Az sizlər üçün belə zamanlarda baş ağrısından qurtulmağın yollarını təqdim edir:

Baş ağrısının başlıca səbəblərindən biri ac qalmaqdır. Çünki aclıq qan şəkərinizin düşməsinə səbəb olar. Daimi və balanslı bəslənmək və təbii ki, doğru qidalar ilə qidalanmaq lazımdır. Bol miqdarda maqnezium baş ağrılarınızın qarşısını ala bilər. Çox yağlı və şəkərli qida istehlakı baş ağrısının ən böyük səbəblərindən biridir. Araşdırmalara görə qədərində qəhvə içimi baş ağrılarınızın yüngülləşdirər, çünki kafenin qan dövranını tarazlayır.
Stressdən qaynaqlanan baş ağrıları üçün isə ilk olaraq ağlınıza dərhal bir ağrıkəsici dərman içmək gəlməsin. Çünki ağrının qarşısını almağın təbii yolları var, dərmandan əvvəl. Migrenə söykənən bir ağrı isə yaşadığınız, qaranlıq və səssiz bir otaqda yataraq böhranı aradan qaldırmağı seçin.

Fərqində olmadığınız göz pozuqluqları baş ağrısının səbəblərindən biridir. Kitab oxuyarkən baş ağrısı və bəzən oxumaqda çətinlik çəkirsinizsə bir göz həkiminə gedin.Müntəzəm olaraq göz həkimində müayinə olmaq, göz xəstəlikləri səbəbiylə meydana gələ biləcək baş ağrılarınızın qarşısını alacaq.
QEYD: Həftədə ən az 3 dəfə yarım saat təmiz havada velosiped sürmək və ya piyada gəzmək baş ağrılarına yaxşı gələcəkdir.
Qaynarinfo.Az