"Siemens” şirkəti Rusiyadan getdiyini açıqlayıb.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda
deyilir.
Alman səneye və texnologiya qrupu Rusiyadan çıxan son şirkətlərdəndir. Rusiya bazarından çıxmağın şirkətə 600 milyon dollar zərər vurduğu bildirilir.
"Siemens” rəhbəri Rusiyanın Ukraynadakı müharibəsini tarixi dönüş nöqtəsi adlandırıb.
"Şirkət olaraq biz müharibəni açıq və kəskin formada pisləmişik”,- Rolan Buş bildirib.
O deyib: ”Ukrayna müharibəsi bir insan kimi bizim hamımıza təsir elədi. Maliyyə məsələləri baş verən tragediya qarşısında ikinci planda qalmalıdır. Ancaq bir çox şirkət kimi biz də öz biznesimizdə təsirləri hiss edirik”.
Sanksiyalar səbəbilə Siemens şirkəti Rusiyadakı işlərində artıq 600 milyon dollar zərər görüb. Şirkət rəhbəri hazırki vəziyyətdə maliyyə itkilərinin davam edəcəyini bildirib.
170 ildir Rusiyada aktiv çalışan şirkətin hazırda ölkədə 3000 yerli işçisi var. Şirkət Rusiyaya 1851-ci ildə Moskva və Peterburq arasında teleqraf xətləri üçün lazım olan avadanlıq satmaq üçün gəlib.
Rusiya şirkətin illik gəlirlərinin 1%-ni təşkil edir. Siemens-in bu ilki sənaye qazancı keçən illə müqayisədə 13% az, 1.78 milyard olub.
Reuters bildirir ki, hazırda "Anheuser”, "Garlsrberg”, "Adidas”, "Renault” kimi şirkətlər və bir neçə bank da Rusiyadan çıxmağı düşünür.
Nurlan Hüseynov
Şərhlər