Xəbər lenti

Silahlı insidentin olduğu yerdə Röya konsert verəcəkmiş
Maqazin18:25 22.03.2024

Silahlı insidentin olduğu yerdə Röya konsert verəcəkmiş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, Moskvada "Crocus City Hall” ticarət mərkəzində silahlı insident baş verib. Nəticədə 15 nəfər həlak olub, 35 nəfər xəsarət alıb.
"Qafqazinfo”nun məlumatına görə, terror aktının törədildiyi ticarət mərkəzinin nəzdindəki "Vegas City Hall”da Xalq artisti Röya Ayxanın bu gün konserti olacaqmış.
Baş vermiş hadisə ilə əlaqədar konsert təxirə salınıb.
Konsert barədə tezliklə ictimaiyyətə məlumat veriləcək. Hazırda "Vegas Hall”da insanlar təxliyyə edilir.