Xəbər lenti

Şimal bölgəsində polis postlarının səbəbi bəlli oldu
Ölkə16:40 15.07.2013

Şimal bölgəsində polis postlarının səbəbi bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son 5 gün ərzində Azərbaycanın şimal bölgəsində polis postlarının qurulmasının səbəbi bəlli olub.

Bu barədə  AzadlıqRadiosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib:

«Bu addım ağır cinayət törətməkdə şübhəli bilinən silahlı bir şəxsin tutulması ilə bağlı idi. Keçirilən tədbir uğurla nəticələnib».

Orxan Mansurzadə yaxın vaxtlarda bu barədə ətraflı məlumat verəcəklərini deyib.

İyulun 13-də Quba, Xaçmaz sakinləri AzadlıqRadiosuna ərazidə polis postlarının qurulmasından, avtomobillərin saxlanılaraq sürücülərin sorğu-sual edilməsindən, sənədlərinin yoxlanılmasından narahatlıqlarını bildirmişdilər.

Qaynar.info