Foto 09:38 14.03.2022

Şimal bölgəsinə 29 sm-dək qar yağdı (FOTO)

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xızı, Quba və Qusar rayonlarına qar yağıb.

Qubanın rayon mərkəzində qarın hündürlüyü 1 sm, Xaltan kəndində 29 sm, Qrızda isə 13 sm-ə çatıb. Qrızda temperatur mənfi 14 dərəcəyədək enib.

Qusarda 2 sm qar, mənfi 4 dərəcə şaxta qeydə alınıb.

Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 28 sm, temperatur isə mənfi 5 dərəcə olub.