Foto 15:15 15.09.2019

Şimal Qütbündə 105 min dollarlıq tətil (FOTOLAR)

"Iglloos Hotel" gələn ildən etibarən Şimal Qütbündə 105 min dollar dəyərində tətil paketi təklif edəcək.

Qaynarinfo xəbər verir ki, hotel ilk mərhələdə dəbdəbəli 10 otaqdan ibarət olacaq. Bir-birindən kənarda yerləşən çadırabənzər otaqlar şüşə divar və tavana, tualet-hamam, istilik sisteminə sahibdir. Şüşə tavan qonaqlara şimal ulduzlarını izləmək imkanı verəcək. Hava şəraiti təhlükəli həddə çatsa, otaqları başqa yerə daşımaq mümkün olacaq. 

"Luxury Action" təşkilatı tərəfindən həyata keçirilən tətil Norveçin Svalbard arxipelaqında başlayır. Qonaqlar adada 2 günlük istirahətdən sonra helikopterlə "North Pole Iglloos Hotel"ə aparılacaq və burada 1 gecə keçirəcəklər.

105 min dolların tərkibinə qidalanma və səfər, təhlükəsizlik, rəhbərlik, daşınma xərci də daxildir. 

Qeyd edək ki, "Igloos Hotel" 2020-cu ilin aprel ayında istifadəyə veriləcək.

Gülşən