Xəbər lenti

Siqaret çəkənlərə bəd xəbər: qiymət yenə artdı
Ekonomiks16:40 04.09.2016

Siqaret çəkənlərə bəd xəbər: qiymət yenə artdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda siqaret qiymətləri növbəti dəfə artıb. Qaynarinfo.Az xəbər verir ki, paytaxtın əksər marketlərində siqaretlər bir gün əvvələ nisbətən 30-35 faiz baha qiymətə satılır.
Bəzi marketlər hətta siqaret satışını dayandırıb. Bunun səbəbini soruşan alıcılara bildirilir ki, mağazalara siqaret paylayan firmalar bazar ertəsi yeni qiymətlərin tətbiq ediləcəyini, qiymətlərin artacağını bildirib. Marketlər isə indidən qiymətləri artırıb.
Xatırladaq ki, sabah ölkədə kəskin devalvasiyanın olacağı deyilir. Hətta Dövlət Gömrük Komitəsi idxalı dayandırıb.
Qaynarinfo.Az