Xəbər lenti

Siqaret qıtlığını necə aradan qaldırmaq olar? - ŞƏRH
Ekonomiks10:25 17.02.2017

Siqaret qıtlığını necə aradan qaldırmaq olar? - ŞƏRH

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Tütün məhsullarının nağdsız satışı istehlak bazarında siqaret qıtlığı yaratmaqdadır. Belə ki, yeni qaydalara əsasən, tütün məhsullarının pərakəndə satışı istisna olmaqla, onların alqı-satqısı yalnız nağdsız şəkildə aparıla bilər”.
Qaynarinfo.Az xəbər verir ki, bunu iqtisadçı-alim Vüqar Bayramov deyib.
O bildirib ki, aksiz markalı məhsulların, eləcə də tütün və siqaretin topdansatışın nağdsızlaşdırılması vacibdir: “Bu, dövriyyənin leqallaşdırılması baxımdan əhəmiyyətlidir. Çünki siqaret bazarında dövriyyə o qədər böyükdür ki, onu hesablamaq və dövlət vergisinə cəlb etmək çətin idi. Amma şirkətlərin və eləcə də mağazaların bu prosesə hazır olmaması nəticədə qaçaqmalçılıq yolu ilə ölkəyə daxil olan məhsulların mağazalara axınını stimullaşdırıır”.
Problemi necə həll etmək olar?
Ekspert qeyd edib ki, nağdsız hesablaşmaların tətbiqi üçün keçid müddətinin müəyyənləşdirilməsinə ehtiyac var: “Məsələn, qanunvericiliyə əsasən, sahibkarlara nağdsız hesablaşmaların tətbiqi üçün 6 ay hazırlıq vaxtı verilə bilər ki, bu müddətdə də xüsusən də mağazalar və supermarketlər prosesə hazırlaşır. İkincisi, nağdsız hesablaşmalar ilə bağlı tələbin ən azı ilkin mərhələdə pilot olaraq Bakıda tətbiq edilməsi və daha sonra rayonlara transfer edilməsinə ehtiyac var. Nəinki ucqar rayonlarda, hətta paytaxta yaxın rayonlarda belə nağdsız hesablaşmalar vərdişi zəifdir. O baxımdan da, birinci mərhələdə Bakının pilot olaraq seçilməsi məqsədəuyğundur.
Dövriyyənin əhəmiyyətli hissəsinin də Bakının payına düşdüyünü nəzərə alsaq, bu vəsaitlərin böyük hissəsinin leqallaşdırılması deməkdir. Bu zaman, hökumətin rayonlar üçün nağd şəkildə topdan satılan siqaretlərin paytaxt mağazalarına pərakəndə daxil olmaması üçün də konkret nəzarət mexanizmlərinin işlənməsinə ehtiyac var. Nəhayət, dövlət qurumlarının iri topdansatış siqaret müəssisələri ilə birbaşa danışıqlar aparmasına ehtiyac var. Dövlət qurumları bu problemi danışıqlar yolu ilə həll etməyə çalışmalıdır. Təbii ki, maarifləndirmə tədbirləri də diqqətdən kənarda qalmamalıdır”.
Qaynarinfo.Az