
Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev yaxın zamanlarda vəzifəsi ilə vidalaşa bilər.
Bu barədə etibarlı mənbədən Qaynar.info-ya ilginc məlumat daxil olub.
Məlumatda bildirilir ki, icra başçısının uzun müddət Rusiyameyilli qüvvələrlə əlaqəsinin olması və siyasətə meyillənməsi hakim düşərgədə ciddi narazılıq yaradıb. Hətta hakim ailə ilə qohum olandan sonra kifayət qədər arxayınlaşan və rayonda dözülməz şərait yaradan, əsasən də, dövlət idarələri üzərində sovet təfəkkürü ilə nəzarət mexanizmi quran Fərzəliyevlə bağlı Prezident Adminstrasiyasındakı məsul şəxslərə, həmçinin dövlət başçısına dəfələrlə şikayət ünvanlanıb.
Bununla yanaşı, icra başçısının Rusiyadakı iş adamları ilə biznes əlaqələrinin uzun müddət gündəmdə olması da ona ciddi problem yaradıb. Amma buna baxmayaraq, Fərzəliyevi bir neçə deputat və Prezident Adminstrasiyasında mühüm post tutan yüksək vəzifəli şəxs müdafiə edir.
Mənbə iddia edir ki, hazırda Fərzəliyevin çoxlu havadarlarının olması, onun mediada "toxunulmaz"lığını təmin edən şəxslərin ciddi cəhdlərinə baxmayaraq, ölkə başçısı Fərzəliyevi vəzifəsindən uzaqlaşdıracaq.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Qaynar.info