Siyasət 14:24 06.12.2022

“Siyasi Partiyalar Haqqında” qanun layihəsi: iclasadək 70 düzəliş edilib

"Siyasi partiayalar təkcə mənfəət vergisindən deyil, eləcə də ƏDV-dən azad olunsun”.

Bunu Qaynarinfo-ya açıqlamasında deputat Vüqar Bayramlı Milli Məclisin bugünki plenar iclasında "Siyasi Partiyalar Haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirdiyi təkliflərdən danışarkən bildirib. 

Deputat bildirib ki, "Siyasi Partiyalar Haqqında” sənədin qəbulu islahatların inklüzivliyini genişləndirilməsinə və siyasi sferada əməkdaşlıq platformasının inkişafına xidmət edəcək:

"Plenar iclasadək layihəyə 70 düzəlişin edilməsi də demokratik müzakirə mühitindən xəbər verir”.
 


Vüqar Bayramov qanunla bağlı səsləndirdiyi təklifləri açıqlayıb:

"Seçkilərdə eitbarlı səs qazanmış, ancaq Milli Məclisdə təmsil oluna bilməyən partiyalar arasında bölüşdürələcək vəsait artırılmalıdır. 2.5 faizlik yardım hissəsinin artırılması siyasi partiyaları seçkilərə təşviq edə bilər. Bu baxımdan həmin rəqəmə baxılıb artırılması məqsədəuyğun olardı”.

Bahar Rüstəmli