Xəbər lenti

Siyasi partiyalar üzv toplaya bilmir - Bəziləri fəaliyyətini dayandıracaq
Siyasət13:40 17.02.2023

Siyasi partiyalar üzv toplaya bilmir - Bəziləri fəaliyyətini dayandıracaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulundan sonra Azərbaycanın siyasi mühitində canlanma olacağı gözlənilsə də, bunun əksi baş verir. Ən azı gözlənilirdi ki, yeni qanunun tələblərinə uyğun uyaraq partiyalar üzvlərinin sayını artırmaq üçün hərəkətə keçəcəklər. Lakin heç bir hərəkətlənmə hiss olunmur. 
Məlumat üçün deyək ki, yeni qanunda partiyaların qeydiyyatı üçün 5000 üzv tələb olunur. Azərbaycanda dövlət qeydiyyatından keçmiş 50-dən artıq partiya var. Bu partiyaların cüzi hissəsi yeni qanunun tələblərinə cavab verir. Yəni, ölkədə fəaliyyət göstərən partiyaların əhəmiyyətli hissəsinin üzvlərinin sayı 5000-ə çatmır. 
Bu baxımdan, qanunun qəbulundan sonra partiyalara 6 ay vaxt verilib. Onlar bu müddət ərzində yeni qanuna uyğunlaşmalıdır.
Qaynarinfo-nun əldə etdiyi məlumata partiyaların üzv toplamağa həvəs göstərməməsi səbəbsiz deyil. Əvvəla, bir çox partiya cəmiyyət tərəfindən qəbul edilmir. Onlar istəsə belə, 5000 üzv toplaya bilməzlər. Bu, həmin təşkilatlara sədrlik edənlərin mənfi reputasiyaya malik olmaları, yaxud da həmin partiyaların cəmiyyətdə birmənalı olaraq imitasiya məqsədi ilə yaradılmış təşkilatlar kimi qəbul edilməsidir.
İddialara görə, bu partiyaların faəliyyətilərini dayandırmaqdan başqa çıxış yolu qalmayıb. Hakimiyyət də üzv toplamaq məsələsində onlara hər hansı dəstək vermək niyyətində deyil. Bu baxımdan, həmin partiya rəhbərləri də taleyi ilə barışıb.
Bəzi partiyalara isə açıq şəkildə bildirilib ki, onların fəaliyyətinə ehtiyac yoxdur. 
Fəaliyyət göstərməkdə israr edən partiyalara gəlincə, onların da üzv toplaması başqa bir səbəbdən müşkülə çevrilib. Həmin partiyalar müxalifət obrazında olduqlarına görə üzvlüyə həvəs göstərənlər azdır. 
Seyid