Xəbər lenti

Siyavuş Novruzovdan İsgəndər Həmidova ağır sözlər
Siyasət15:25 22.09.2013

Siyavuş Novruzovdan İsgəndər Həmidova ağır sözlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Milli Şuranın mitinqində səsləndirilən bəzi fikirlər Seçki Məcəlləsinin tələblərinə ziddir”

Siyasət  Hakim Yeni Azərbaycan Partiyası "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənlinin seçkiöncəsi mitinqi zamanı səsləndirilən bəzi fikirlərinin Seçki Məcəlləsinin tələblərinə zidd olduğunu açıqlayıb.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, mitinqdə həm YAP-ın ünvanına, həm iqtidarın ünvanına təhqiramiz ifadələr işləndi: "Bu Seçki Məcəlləsinin tələblərinə ziddir".

Onun sözlərinə görə, bu mitinq tam bir-birinə zidd olan insanların toplantısı idi: "Vaxtı ilə İsa Qəmbərə yahudi cəsusu deyən İsgəndər Həmidov gəlib onunla çiyinə-çiyinə dayanmışdı. Əli Kərimlini fərari adlandıran İsgəndər Həmidov gəlib onlarla bir yerdə dayanmışdı. Orada mənim ünvanıma da İsgəndər Həmidov və bir neçə şəxs təhqir ifadələri işlədiblər. İsgəndər Həmidov getsin müəyyənləşdirsin ki, hansı tövlədə hansı heyvanlardan əmələ gəlibdir, onda sonra gəlsin mitinqdə çıxış eləsin".

Qaynar.info