Xəbər lenti

Siyəzən və Şabranda dağlıq-meşəlik sahələrdəki yanğınlar tam söndürüldü (VİDEO/FOTO)
Ölkə14:58 21.08.2022

Siyəzən və Şabranda dağlıq-meşəlik sahələrdəki yanğınlar tam söndürüldü (VİDEO/FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Siyəzən və Şabran rayonları ərazisində mürəkkəb relyefli dağlıq-meşəlik sahələrdə baş vermiş yanğınlar tam söndürülüb.
Bu barədə Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Havanın isti və küləkli, relyefin mürəkkəbliyinə baxmayaraq qüvvələrin əlaqəli və effektli tətbiqi sayəsində yanğınların daha geniş ərazilərə yayılmasına imkan verilməyib. Yanğınlar nəticəsində ümumilikdə təxminən 40 hektar ərazidə meşə və meşəətrafı sahələr yanıb.