
Amerikalı dietoloqların fikrincə, qida rasionunda paxlalı bitkilərin (lobya, noxud, mərci və digər) mütəmadı istifadəsi artıq çəkinin davamlı azalmasına və nəticənin sabit saxlanmasına gətirir.
Ölkə.Az xəbər verir ki, bu barədə "The American Journal of Clinical Nutrition" jurnalı yazır.
Alimlər məsləhət edir ki, paxlalı bitkilərin porsiyası fincanın ücdə biri (130 qram) qədər kifayətdir. Bu miqdar 6 həftə ərzində 340 qram artıq çəkidən azad olmağa bəs edir. İstifadəsinin dayandırılması isə çəkinin artmasına səbəb olmur.
Təhqiqatlar zamanı alimlər 21 kliniki sınaqların metaanalizini keçiriblər. Ümumi təhqiqatlarda 940 kişi və qadın iştirak edib. İştirakçılar gündəlik qida rasionuna paxlalı bitkiləri əlavə edib və orta hesabla 6 həftədən sonra 340 qram çəki itirib.
Paxla bitkiləri qandakı xolesterin miqdarını da azaldır.
Qaynar.info