Xəbər lenti

Slovakiya Rusiya neftinin tranzitini qadağan etdiyi üçün Ukraynanı hədələdi
Dünya 17:07 24.07.2024

Slovakiya Rusiya neftinin tranzitini qadağan etdiyi üçün Ukraynanı hədələdi

Slovakiya prezidenti Peter Pelleqrini Ukraynanın Rusiyanın "Lukoyl" şirkətindən ötürülən neftin "Drujba" kəməri ilə nəqlinə qoyulan qadağanı tənqid edib və cavab tədbirləri görəcəyi ilə hədələyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Dennik N yazıb.

O xatırladıb ki, Slovakiya Ukraynaya qazın dəyişdirilməsi, eləcə də elektrik enerjisi təchizatında kömək edir.

"Vəziyyət düzəlməzsə, biz reaksiya verməyə məcbur olacağıq" deyən prezident əlavə edib ki, Kiyevin belə yanaşması Slovakiyaya haqsızlıqdır.

Öz növbəsində Slovakiyanın müdafiə naziri Robert Kaliniak qeyd edib ki, Kiyev Rusiya neftinin tranzitini dayandırmaqla "çox risk altındadır”.

"Ukraynanın hərəkətləri məsuliyyətsiz idi", - Kalinyak əlavə edib.
Xəbər verdiyimiz kimi, Macarıstan və Slovakiya Rusiyanın "Lukoyl” neftinin Ukrayna ərazisindən tranzitinin dayandırılmasını müzakirə etmək üçün Avropa Komissiyasında ticarət siyasəti komitəsinin çağırılması təşəbbüsü ilə çıxış ediblər.

Bir gün əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto "Lukoyl" neftinin tranziti ilə bağlı problem həll olunana qədər Ukraynaya silah tədarükünü kompensasiya etmək üçün Avropa Sülh Fondundan 6,5 milyard avroluq ödənişlərin qarşısını alacağını bildirib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->