Xəbər lenti

Snayperimiz vuruldu? - RƏSMİ AÇIQLAMA
Siyasət16:00 23.01.2015

Snayperimiz vuruldu? - RƏSMİ AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müdafiə Nazirliyimiz cəbhədə itki ilə bağlı açıqlama verdi
Azərbaycan Silahlı Qüvvələrinin snayperinin düşmən tərəfindən məhv edilməsi xəbəri ermənilərin növbəti uydurmadır.

Qaynar.info-nun məlumatına görə, bu barədə ANS PRESS-in sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.


Nazirlikdən qeyd ediblər ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan və nazirliyin digər nümayəndələri daha çox yalan danışmaqla bir-birilərini üstələməyə çalışırlar: "Bu, onların sanki kimin fantaziyasının daha artıq olması yarışına girmələri təsirini bağışlayır. Ermənilərin növbəti uydurması guya Silahlı Qüvvələrimizin snayperinin düşmən tərəfindən məhv edilməsi xəbəridir".

Azərbaycan Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Ermənistan tərəfi artıq nə edəcəyini bilmədiyi üçün heç bir fakta əsaslanmayan bu cür boş, əsassız məlumatlar yaymaqla erməni xalqının fikrini ordusundakı çoxsaylı itkilərdən yayındırmaq məcburiyyətində qalıb.

Qaynar.info