Xəbər lenti

SOCAR 2 milyard dollar kredit alacaq
Ekonomiks08:15 02.04.2016

SOCAR 2 milyard dollar kredit alacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Cənub Qaz Dəhlizi” QSC-nin səhmdarları bu ilin sonuna qədər beynəlxalq maliyyə institutlarından 2 milyard dollar cəlb etməyi planlaşdırır. Bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB) və başqa maliyyə institutları ilə danışıqlar aparılır: “Söhbət aşağı faizlər verilən kreditlərdən gedir. Kreditlər 20 il müddətinə cəlb olunacaq. Böyük ehtimalla, bu banklardan 2 milyard dollar cəlb olunacaq”.(APA)
Qaynar.info