Xəbər lenti

SOCAR-ın nə qədər işçisi var? - AÇIQLAMA
Ekonomiks10:45 03.06.2016

SOCAR-ın nə qədər işçisi var? - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) hazırda 51 209 nəfər işçi çalışır. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Xəzər neft-qaz konfransında çıxış edən SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib. 
Onun sözlərinə görə, işçilərin 12%-i rəhbər vəzifədə çalışır, 19%-i mütəxəsis, 69%-i fəhlələrdir: "Yaş qrupuna görə isə 30 yaşa qədər olan işçilər 14%, 41-50 yaş qrupları üzrə 20%, 31-40 yaş üzrə isə 22%, 51 yaşdan yuxarı olanlar isə 38% təşkil edir. Təhsilə görə, 32%-i ali, 13%-i orta ixtisas, 5%-i peşə, 50%-i isə orta təhsillidir. Kişilər 83%, qadınlar 17%-dir".
"Şirkətdə 35 nəfər elmlər doktoru, 225 nəfər elmlər namizədi çalışır", - deyə SOCAR rəsmisi qeyd edib. 
X.Məmmədov SOCAR-da işə qəbul prosesindən danışaraq bildirib ki, işə qəbulla bağlı SOCAR-a 174 570 müraciət daxil olub. SOCAR tərəfindən 3 889 vakansiya elan olunub, 32 141 vakansiya üzrə test imtahanları təşkil olunub: "6 523 mühəndis-texniki işçi üçün müsabiqə təşkil olunub, fəhlə kateqoriyaları üçün 6 500 müsabiqə olub. Müsabiqədən uğurla keçən işçilərin sayı isə 3 753 nəfərdir. Buradan görünür ki, işə qəbul prosesində şəffaflıq tam təmin olunub, SOCAR-a qəbul prosesində daha yaxşı, daha keyfiyyətli işçiləri qəbul etmək imkanı yaradılıb".
Qaynarinfo.az