Xəbər lenti

SOCAR: “Petkim” limanında yanan gəmi şirkətə məxsus deyil
Ekonomiks08:45 02.07.2019

SOCAR: “Petkim” limanında yanan gəmi şirkətə məxsus deyil

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş.” "Petkim" limanının  5 saylı yanalma körpüsündə İtaliya gəmisində baş verən yanğınla bağlı açıqlama yayıb.
Qaynarinfo-nun məlumatına görə, açıqlamada qeyd edilib ki, iyul 1-i təxminən saat 23:20-də "Petkim" limanının 5 saylı yanalma körpüsünə maye hidrokarbon doldurmaq üçün yaxınlaşan İtaliya bayrağı altında üzən "Synzania” adlı gəmidə yanğın baş verib. Bildirilib ki, yanğının səbəbi hələlik məlum deyil.
Qeyd edilib ki, əməkdaşlarımızın dərhal müdaxiləsi nəticəsində yanğın söndürülüb, gəmidə soyutma əməliyyatları davam etdirilməkdədir. Bütün gəmi heyətinin təxliyyəsi təmin edilib. Hadisə nəticəsində gəmi üzvlərindən biri həyatını itirib, qazdan zəhərlənən bir nəfər isə müalicə və müayinə üçün xəstəxanaya yerləşdirilib. Bildirilib ki, yanğının səbəbi ilə bağlı araşdırmalar davam edir.