Siyasət 16:21 02.11.2022

Soçidə Zəngəzur dəhlizi müzakirə olundu

"Soçidə keçirilən üçtərəfli görüşdə bölgədə nəqliyyat-kommunikasiya xəttlərinin açılması müzakirə olunub".

Qaynarinfo Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.

XİN sözçüsü bildirib ki, bu istiqamətdə işlər 3 ölkənin baş nazir müavinlərinin həmsədrlik etdiyi işçi qrup səviyyəsində davam etdiriləcək.

Qeyd edək ki, oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub. Liderlər müzakirələrin sonunda bəyanat imzalayıblar.