Xəbər lenti

Sofiyada "Arşın mal alan" operettası səhnəyə qoyuldu (FOTO)
Sənət10:02 24.03.2022

Sofiyada "Arşın mal alan" operettası səhnəyə qoyuldu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan” operettasının bolqar dilində premyerası baş tutub.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən Qaynarinfo-a bildiriblər ki, operettanın bolqar dilində ilk təqdimatında Bolqarıstan Respublikasının hökumət və ictimai-siyasi nümayəndələri, parlament üzvləri, elm və mədəniyyət xadimləri, həmçinin diaspor əməkdaşları iştirak ediblər.
Azərbaycan operettasının bolqar dilində premyerası yerli mətbuatda geniş işıqlandırılıb və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.