Xəbər lenti

Son 3 ayda Azərbaycanda körpələrə hansı adlar qoyulub - SİYAHI
Ölkə12:04 02.04.2016

Son 3 ayda Azərbaycanda körpələrə hansı adlar qoyulub - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu ilin ötən müddəti ərzində doğulan oğlan uşaqlarına daha çox yenə də Yusif adı verilib. Qaynar.info Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, son üç ayda doğulan oğlan uşaqlarından 566-sı Yusif adlandırılıb.
Daha sonrakı yerlərdə Hüseyn (394), Əli (355), Ömər (281), Murad (224) adları yer alıb. Siyahıda onluğa düşən adlar Tunar (215), Məhəmməd (214), Ayxan (205), Uğur (205), İbrahim (161) adları olub.
Doğulan qız uşaqlarına verilən adlar arasında isə Zəhra (472) birincidir. Siyahıda onluqda Nuray (402), Zeynəb (311), Fatimə (304), Aylin (299), Məryəm (267), Ayan (260), Mələk (230), Səma (193), Mədinə (176) adları yer alıb.
Bu il qızlara qoyulan adlar arasında Dəniz (171), İnci (138), Damla (72) kimi adlar da üstünlük təşkil edir.
Qaynar.info