Xəbər lenti

Son günlər Paşinyanı bu cür ikili, qeyri-müəyyən danışdıran hansı ölkədir? - Politoloq
Siyasət12:17 07.10.2021

Son günlər Paşinyanı bu cür ikili, qeyri-müəyyən danışdıran hansı ölkədir? - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Paşinyanın son günlər müsbət mesajlar verməsi fonunda indi bu cür ikili, qeyri-müəyyən danışması İranın İrəvana yönəlik ciddi basqıları ilə bağlıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistan baş naziri Nikol Paşinyanın üç Cənubi Qafqaz ölkəsi, Türkiyə, İran və Rusiya daxil, 3+3 formatından danışarkən qeyri-müəyyən fikirlər səsləndirməsinə münasibət bildirərkən deyib: 
"Tehran Zəngəzur dəhlizinin açılmasını istəmir. Bu yolun açılmasını türk koridoru olaraq özünə ciddi təhlükə hesab edir. Onun öz geosiyasi planları var. Avropaya çıxmaq üçün Ermənistan üzərindən alternativ yol planlaşdırıb. Ermənistan xarici işlər nazirinin təcili olaraq Tehrana çağırılması da bu məsələdən qaynaqlanır. Tehran bu məsələdə Rusiyanı da öz tərəfində görmək istəyirdi. Ancaq Moskvada verilən cavab İranı təmin etməyib”. 
Digər tərəfdən, politoloqa görə Paşinyanın belə açıqlama verməsinin arxasında Qərb dünyası, Fransa və ABŞ-ın gizli niyyət və basqlıarı da dayana bilər: 
"Çünki son zamanlar verdiyi müsbət mesajlar fonunda birdən-birə Paşinyanın bu cür qeyri-müəyyən danışması anlaşılan deyil. Paşinyan belə ikili və qeyri-müəyyən oyun oynayacaqsa, Azərbaycan Prezidentilə görüş baş tutmaya bilər”.  
Həmsöhbətimiz qeyd edir ki, Paşinyan Azərbaycan Prezidentilə görüş öncəsi belə qeyri-müəyyənlik yaratmaqla ikili oyun oynayır: 
"Bununla o bir tərəfdən, daxili auditoriyaya İrəvanın güzəştə getməsinin o qədər də asan olmayacağı mesajını verir. Həm də Azərbaycana mesaj verir ki, anlaşmaq üçün bəzi güzəştlərə getməyə ehtiyac olacaq. 3+3 əməkdaşlıq platformasının çərçivəsi tamamilə aydındır. Burada müzakirə predmeti olaraq Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması və bu kontekstdə sərhədlərin müəyyənləşməsi prosesi dayanır ki, son nəticədə bu, sülh müqaviləsinin bağlanmasını özündə ehtiva edir. Bütün bunlara rəğmən, görünür, Paşinyan bəzi şərtlər irəli sürmək istəyir”. 
Rüfət Sultan