Ölkə 16:37 16.11.2022

Son sutkanın koronavirus statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 44 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 2 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 823 805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 618 nəfər müalicə olunaraq sağalıb, hazırda 220 aktiv xəstə var. Bu günə qədər 9 967 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 101, bu günə qədər isə ümumilikdə 7 349 698 test icra olunub.

Ötən gündə koronavirus əleyhinə 530 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 133, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 164, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 192, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 41 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 916 766, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 391 400, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 872 713, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 389 178, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 485 nəfər təşkil edir.