Xəbər lenti

Sosial müdafiə xərcləri artırıldı
Ölkə15:53 24.07.2019

Sosial müdafiə xərcləri artırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanuna dəyişiklik edib.
Qaynarinfo xəbər verir ki, dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsinin gəlirləri 3 928 104 000 manatdan 4 128 104 000 manata, xərcləri isə 3 928 104 000 manatdan 4 128 104 000 manata qaldırılıb. 
Bundan əlavə, müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsinin xərclərinin əhaliyə ödənişlər üzrə xərclər istiqamətində 3 834 944 000 manatdan 4 020 444 000 manata qaldırılıb. 
Həmçinin pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 22 500 000 manatdan 23 000 000 manata qaldırılıb.