Sağlamlıq 20:41 17.04.2023

Sosial şəbəkələr yeniyetmələrin psixi sağlamlığına necə təsir göstərir? - Britaniya alimləri

London Universitet Kollecinin tədqiqatçıları müəyyən ediblər ki, sosial media yeniyetmələrdə psixi sağlamlıq problemlərinə səbəb ola bilməz. 

Qaynarinfo xəbər verir ki, bu araşdırmalar "Journal of Medical Internet Research” jurnalında dərc olunub.

ÜST-ün məlumatına görə, hər yeddi yeniyetmədən biri (10-19 yaş) psixi pozğunluqdan əziyyət çəkir və bütün psixi xəstəliklərin yarısı 14 yaşından başlayır. Ekspertlərin fikrincə, son 20 ildə psixi pozğunluğu olan gənclərin sayı artıb və bunun günahını çox vaxt sosial şəbəkələrin təsiri ilə əlaqələndirirlər.

Tədqiqatçılar 12-13 yaş arasında sosial mediada sərf olunan saatların sayını beş ballıq sistemlə "heç bir saat da” cavabından "yeddi saat və ya daha çox”a qədər qiymətləndiriblər. Daha sonra onlar uşaqların özünə hörməti və psixi sağlamlığı ilə bağlı məlumatlara baxıblar.

Tədqiqatda 3000-ə yaxın uşaq iştirak edib. Onlar bir neçə il müşahidə altında olublar.

Tədqiqatçılar sosial mediada daha çox keçirilən vaxtın Böyük Britaniyada yeniyetmələr arasında pis psixi sağlamlıqla əlaqəli olduğuna dair heç bir sübut tapmadılar. Bununla belə, sosial media ilə onun gənclərin heysiyyətinə mənfi təsiri arasında əlaqə ola bilər.

"Bizim tapıntılar sosial medianın gənclərin psixi sağlamlığına əvvəllər düşünüldüyü kimi zərərli ola bilməyəcəyinə dair müəyyən əminlik yaradır. Bununla belə, biz onu da başa düşməliyik ki, sosial media gənclərin psixi sağlamlığına həm müsbət, həm də mənfi təsir göstərə bilər və hələ də cavabsız suallar çoxdur”, - deyə alimlər izah ediblər.

Alpər