Xəbər lenti

“Sosial şəbəkələrdə düşmən tərəfindən izlənildiyimiz vaxt...” – Hərbi ekspert
Siyasət14:31 13.10.2020

“Sosial şəbəkələrdə düşmən tərəfindən izlənildiyimiz vaxt...” – Hərbi ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Sosial şəbəkələrdə Azərbaycan ordusunun əməliyyatlarına xələl gətirəcək, müdafiə imkanlarına təhlükə yaradacaq hər hansı bir video paylaşmaq, məlumatlar yazmaq yolverilməzdir”.

BunuQaynarinfo-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli sosial şəbəkələrdə cəbhə bölgəsindən qadağan olunan videogörüntülərin paylaşılmasından danışarkən deyib. O bildirib ki, sosial şəbəkələrdə düşmən tərəfindən izlənildiyimiz vaxt buna yol vermək olmaz:

"Rəylərə kimi oxuyurlar. Bu baxımdan belə məsələlərə diqqət yetirmək lazımdır. Hətta ən sevindirici xəbər olsa belə, onu paylaşmaq, yayılmasına yol vermək olmaz. Azərbaycan vətəndaşlarına hələ sentyabrın 27-dən də əvvəl, yəni Tovuz hadisələrində hərbi əməliyyatların getdiyi, cəbhə xəttinə yaxın olan ərazilərdə çəkiliş aparmaq, xüsusi ilə də hərbi obyektlərin, hərbiçilərin, maşın karvanlarının çəkilişinin aparılması və sosial şəbəkələrdə paylaşılmasının qadağan olunduğu bildirmişdilər. Lakin hələ də bəzi şəxslər belə hərəkət etməklə hərbiçilərin, ölkənin təhlükəsizliyinə və müdafiəsinə xələl gətirəcək addımlar atırlar. Əlbəttə, biz bilirik ki, kim olur-olsun, Azərbaycanı sevir, vətənə, torpağına sadiqdirlər və Azərbaycan Ordusunun tezliklə qalib gəlməsini arzulayırlar. Lazım gələndə vətəndaşlar da bu yolda addımlar atırlar. Amma vacib olan məsələlər var”.

Ramil Məmmədli bildirib ki, hərbi obyektlərin, hərbiçilərin foto görüntülərini çəkib paylaşmaq yox, cəbhə bölgəsində gedən zaman hərbi qulluqçulara, orada yaşayanlara mənəvi, yeri gələndə isə maddi dəstək olmaq daha yaxşıdır:

"Hər bir insan belə hərəkət edərsə, bu, daha doğru olar. Bu, bütün Azərbaycana aiddir. Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, döyüşlər gedir, müharibə dövründə yaşayırıq”.

Bahar Rüstəmli